"Sarpi" gömrük-keçid məntəqəsində külli miqdarda narkotik vasitə aşkarlayıblar
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük zabitləri “Sarpi” gömrük-keçid məntəqəsində şübhə əsasında külli miqdarda narkotik vasitənin Gürcüstan ərazisinə gizlicə keçirilməsinə cəhdin qarşısını alıblar.
Xarici ölkə vətəndaşı qadağan olunmuş narkotik vasitəni idarə etdiyi yük avtomobilində əvvəlcədən hazırlanmış 147 ədəd bağlama şəklində (ümumi 665 qram) qablaşdırılaraq sıxılmış çayla dolu polietilen torbalara yerləşdiribmiş.
İşin materialları sonrakı cavab tədbirləri üçün Gürcüstanın Daxili İşlər Nazirliyinin müvafiq bölməsinə verilib.
Məlumatı Maliyyə Nazirliyinin Gəlirlər Xidməti yayır.