Şarl Mişelin sənədinə Salome Samadaşvili fərdi olaraq imza atacaq
Şarl Mişelin sənədinə Salome Samadaşvili fərdi olaraq imza atacaq

Şarl Mişel tərəfindən partiyalar üçün təqdim olunan sənədə “Milli Hərəkatın” üzvü, Salome Samadaşvili fərdi olaraq imza atacaq. Bu bəyanatı Samadaşvili Orbelianilər Sarayında verdi. Burada bu gün sənədə imza atılacaq.

Bununla yanaşı, bu gün “Milli Hərəkatın” siyasi şurasının iclası keçirildi. Konkret qərar qəbul etməyiblər, lakin bəyan edirdilər ki, sənədə partiya adından Nika Meliya imza atmalıdır.

Şarl Mişel tərəfindən partiyalar üçün təqdim olunan sənəd “Gürcüstan tərəqqi yolu” Orbelianilər Sarayında bu gün imzalanacaq.

2021-ci il 16 apreldə “Gürcü Arzusu” tərəfindən edilən təklifə uyğun olaraq, 2022-ci ildə vaxtından əvvəl seçkilər təyin olunacaq, əgər yerli özünüidarəetmə seçkilərində “Gürcü Arzusu” 43 faizdən az topladısa. Bu barədə Şarl Mişelin dünən müxalif partiyalar üçün yeni təqdim etdiyi sənəddə deyilir, hansını da Avropa İttifaqı nümayəndəliyi yayır.

Bununla yanaşı, Şarl Mişelin sənədinə əsasən, razılaşmadan bir həftəyə tərəflər siyasiləşdirilmiş hesab olunan iki işi müzakirə etməlidilər.