Şarl Mişelin şəxsi nümayəndəsi, Kristian Danielson Gürcüstana sabah gələcək
Şarl Mişelin şəxsi nümayəndəsi, Kristian Danielson Gürcüstana sabah gələcək

Avropa Şurasının prezidenti, Şarl Mişelin şəxsi nümayəndəsi, Kristian Danielson Gürcüstana 12 martda gələcək, – bu barədə məlumatı Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi yayır.

Elə onların məlumatına görə, Danielson Gürcüstanda 14 marta qədər qalacaq.

“Siyasi partiyalarla dialoqda iştirakla birlikdə, cənab Danielson Gürcüstan prezidenti Salome Zurabişvili, Gürcüstanın baş naziri İrakli Ğaribaşvili və mülki ictimaiyyət nümayəndələrilə görüşəcək”, – yayılan məlumatda deyilir.

Avropa Şurasının prezidenti, Şarl Mişel Gürcüstana şəxsi nümayəndəsini göndərir ki, hansı da Avropa İttifaqı tərəfindən dəstəklənən siyasi dialoqa qoşulacaq. Bu barədə Avropa Şurası tərəfindən yayılan məlumatda deyilir. Kristian Danielsona Avropa Şurasının prezidenti, Şarl Mişel şəxsi nümayəndəsi statusunu Avropa ali komissarı, Cozef Borel ilə razılaşdıraraq verdi.