Şarl Mişel və sənədi imzalyan partiya nümayəndələrinin iştirakı ilə parlamentdə iclasın keçirilməsi barəsində deputatlar məlumatlıdılar
Şarl Mişel və sənədi imzalyan partiya nümayəndələrinin iştirakı ilə parlamentdə iclasın keçirilməsi barəsində deputatlar məlumatlıdılar

Gürcüstan parlamentində saat 19:00-da iclas təyin edilib və burada Şarl Mişel və siyasi partiyalar nümayəndələrinin iştirakı planlaşdırılır.

Mövcud məlumatla, iclasda razılığa imza atan partiya və partiyanın nümayəndələri iştirak edəcəklər.

İclasın keçirilməsi barəsində qanunvericilər də məlumatlıdılar. Gürcüstanın Birinci Kanalı ilə söhbəti zamanı Quram Maçaraşvili təsdiq edir ki, bənzər görüş keçiriləcək.

“Şarl Mişel prezident, baş nazir, Parlamentin sədri ilə görüşəcək. Şarl Mişel hər üç konstitusiya orqanına gedəcək. Məlum olduğu kimi, razılığa imza atan siyasi pariyalar nümayəndələri ilə görüşəcək. Bu bir daha təsdiq edir ki, Şarl Mişel o insandır ki, yalnız razılığa nail olunma sevindirmir, onun üçün Gürcüstanın gələcək planları önəmlidir: onun  gəlişi ilə avrointeqrasiya yolunda dəstəyi bir daha təsdiq olunacaq”, – Maçaraşvili bəyan etdi.