Şarl Mişel tərəfindən təqdim olunan yeni sənədə uyğun olaraq, 2022-ci ildə vaxtından əvvəl seçkilər təyin olunacaq, əgər yerli özünüidarəetmə seçkilərində "Gürcü Arzusu" 43 faizdən az topladısa
Şarl Mişel tərəfindən təqdim olunan yeni sənədə uyğun olaraq, 2022-ci ildə vaxtından əvvəl seçkilər təyin olunacaq, əgər yerli özünüidarəetmə seçkilərində "Gürcü Arzusu" 43 faizdən az topladısa

2021-ci il 16 apreldə “Gürcü Arzusu” tərəfindən edilən təklifə uyğun olaraq, 2022-ci ildə vaxtından əvvəl seçkilər təyin olunacaq, əgər yerli özünüidarəetmə seçkilərində “Gürcü Arzusu” 43 faizdən az topladısa, – bu barədə Şarl Mişelin müxalif partiyalar üçün yeni təqdim etdiyi sənəddə deyilir, hansını da Avropa İttifaqı nümayəndəliyi yayır.

“Tərəflər ATƏT/ODHIR tərəfindən edilmiş dəyərləndirməni nəzərə alırlar, hansına da əsasən “oktyabr Parlament seçkiləri rəqabətli idi və ümumiyyətlə, fundamental azadlıqlar müdafiə olunmuşdu. Buna baxmayaraq, seçiciyə təziq və hakim opartiya və dövlət arasında xəttin silinməsi barəsində yayılan ittihamlar prosesin bəzi asektinə ictimaiyyətin etimadını azaltdı”.

Tərəflər 2020-ci il seçkiləri ilə bağlı fərqli dəyərləndirməni dərk edirlər və razılaşırlar ki, Parlament mandatlarını alsınlar və gələcək seçkilərdə yuxarıda göstərilmiş razılaşdırılmış seçki islahatı əsasında, Gürcüstanın siyasi sabitliyi və bu razılaşmanın həyata keçirilməsi üçün iştirak etsinlər.

2021-ci il oktyabr yerli seçkiləri üçün Gürcüstan hakimiyyəti beynəlxalq müşahidəçilər missiyasını tələb etməlidir”, – sənədin beşinci maddəsində deyilir.