Şarl Mişel - sanksiyaların yeni zərfi kömür idxalının qadağasını əhatə edir, qaz və neft üzrə də tədbirlərin görülməsi lazım gələcək
Şarl Mişel - sanksiyaların yeni zərfi kömür idxalının qadağasını əhatə edir, qaz və neft üzrə də tədbirlərin görülməsi lazım gələcək

Avropa Şurasının prezidenti, Şarl Mişel hesab edir ki, gec-tez Rusiyadan neft və qaz idxalı ilə bağlı tədbirlər görmək lazım gələcək. O, bu barədə “Twitter” sosial şəbəkəsində yazır.

Şarl Mişel yazır ki, Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı yeni sanksiyalar paketində kömür idxalına qadağa daxildir.

“Biz sanksiyaları sərtləşdiririk ki, Kremlə təziqimizi maksimal olafraq qoruyub saxlayaq. Sanksiyaların yeni zərfi kömür idxalının qadağasını əhatə edir. Düşünürəm gec-tez qaz və neft üzrə də tədbirlərin görülməsi lazım gələcək”, – Şarl Mişel yazır.

Avropa Komissiyasının hazırladığı yeni sanksiyalar paketini dünən Avropa Komissiyasının sədri, Ursula Fon Der Layen dünən təqdim etdi.