Şarl Mişel Salome Zurabişvili ilə görüşür
Şarl Mişel Salome Zurabişvili ilə görüşür

Avropa Şurası prezidenti, Şarl Mişel Gürcüstan prezidenti, Salome Zurabişvili ilə görüşür. Orbelianilər Sarayında prezidentlərin üzbəüz görüşü keçirilir.

Gürcüstan prezidenti və Avropa Şurası prezidentinin birgə mətbuat konfransı planlaşdırılıb.

Avropa Şurası prezidenti elə bu gün Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili ilə görüşəcək.

Bununla yanaşı, Şarl Mişel Parlamentdə Gürcüstan parlamentinin sədri, Arçil Talakvadze və siyasi pariyaların nümayəndələri ilə görüş keçirəcək.

Günün sonunda, Avropa Şurası prezidentinin şərəfinə Salome Zurabişvili adından nahar təşkil olunacaq.

Şarl Mişel Gürcüstana bu gün, saat 15:00-da gəldi.

Orbelianilər Sarayında Şarl Mişel tərəfindən partiyalar üçün təqdim olunan sənəd “Gürcüstan tərəqqi yolu” sənədinin dünən imzalanması baş tutdu.

2021-ci il 16 apreldə “Gürcü Arzusu” tərəfindən edilən təklifə uyğun olaraq, 2022-ci ildə vaxtından əvvəl seçkilər təyin olunacaq, əgər yerli özünüidarəetmə seçkilərində “Gürcü Arzusu” 43 faizdən az topladısa. Bu barədə Şarl Mişelin dünən müxalif partiyalar üçün yeni təqdim etdiyi sənəddə deyilir, hansını da Avropa İttifaqı nümayəndəliyi yayır.

Bununla yanaşı, Şarl Mişelin sənədinə əsasən, razılaşmadan bir həftəyə tərəflər siyasiləşdirilmiş hesab olunan iki işi müzakirə etməlidilər.