Şarl Mişel Putinlə telefon danışığında AB və Gürcüstanın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqlədi
Avropa Şurasının prezidenti Şarl Mişel, Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında AB -nin Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqlədi.
Şarl Mişel bu barədə “Twitter” sosial şəbəkəsində yazır.
Avropa Şurası prezidentinin sözlərinə görə, Vladimir Putinlə söhbətində Əfqanıstanda son hadisələri və bunun bölgəyə təsirini müzakirə etdi.
O bildirib ki, AB və Rusiya regional sabitlikdə maraqlıdır. O, humanitar fəlakətin qarşısının alınmasını, terrorizmlə, narkotrafiklə mübarizə və insan hüquqlarının qorunmasını prioritetlər adlandırdı.
“AB -nin Ukrayna və Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqlədim. Ermənistan -Azərbaycanın nizamlanması perspektivləri – etimadın və dialoqun bərpasının zəruriliyi barədə fikir mübadiləsi apardıq. Belarusun qanunsuz miqrasiyanı AB üzv ölkələrinə qarşı silah olaraq istifadə etməsini qınayıram”, – Şarl Mişel Twitter -də yazıb.