Şarl Mişel Kiyevə getdi, harada da birgə Avropa İttifaqı-Ukrayna sammiti keçiriləcək
Avropa İttifaqı Şurasının prezidenti, Şarl Mişel Kiyevə getdi, harada da bu gün birgə Avropa İttifaqı-Ukrayna sammiti keçiriləcək. Bu barədə Şarl Mişelin “tvitter” səhifəsində deyilir.
“Prezident Zelenski, Avropa Komissiyasının sədri Ursula Fon Der Layen və Avropa İttifaqının ali nümayəndəsi Cozef Borrell ilə Avropa İttifaqı-Ukrayna sammiti üçün Kiyevə qayıtdım. Biz Ukraynanı Avropa İttifaqına doğru sizin hər addımınızda dəstəkləyəcəyik”, – Şarl Mişel yazır.
Xatırladaq ki, Kiyevdə Avropa İttifaqı-Ukrayna sammiti bu gün keçirilir.