Avropa Şurasının prezidenti, Şarl Mişel Gürcüstana gəldi.
Batumi Beynəlxalq Aeroportunda onu Gürcüstanda Avropa İttifaqının səfiri, Karl Hartsel, Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani və Acara Muxtar Respublikası hökuməti sədri, Tornike Rijvadze qarşıladılar.
Şarl Mişel Gürcüstana Salome Zurabişvilinin dəvətilə gəldi.
Avropa Şurası prezidenti sabah Batumi Beynəlxalq Konfransında iştirak edəcək. Konfrans çərçivəsində də “Şərq Partnyorluğu” ilə assosiasiyalaşdırılmış ölkələrin liderlərinin görüşü keçiriləcək.