Şarl Mişel - Biz İsrailə, onun xalqına qarşı hücumları qınayırıq, fikirlərim bütün qurbanlarladır, Avropa İttifaqı İsraillə həmrəydir
Şarl Mişel - Biz İsrailə, onun xalqına qarşı hücumları qınayırıq, fikirlərim bütün qurbanlarladır, Avropa İttifaqı İsraillə həmrəydir

Biz bu səhər İsrailə və onun xalqına qarşı törədilmiş terrorçu və zorakı hücumları pisləyirik, – Avropa Şurasının prezidenti Şarl Mişel sosial şəbəkədə yazır.

Şarl Mişel İsraillə həmrəy olduğunu bildirir.

“Biz bu səhər İsrailə və onun xalqına qarşı günahsız vətəndaşlara qarşı həyata keçirilən terrorçu və zorakı hücumları şiddətlə qınayırıq. Düşüncələrim bütün qurbanlarladır. Avropa İttifaqı bu dəhşətli anda İsraillə həmrəyliyini ifadə edir”, – Şarl Mişel yazır.

Bu gün səhər saatlarında Qəzza sehtorundan İsrail istiqamətində raketlər atılıb. Raket hücumu nəticəsində azı 22 nəfər ölüb, 100-dən çox İsrail vətəndaşı yaralanıb. Hücuma görə məsuliyyəti “Həmas” üzərinə götürüb. Qəzza sektorundan İsrail istiqamətində həyata keçirilən raket hücumu səbəbindən İsrail Müdafiə Qüvvələri müharibə vəziyyəti elan edib.