Şarl Mişel Azərbaycan və Ermənistan liderləri görüşü barəsində bəyanat yayır - İlham Əliyev və Nikol Paşinyan sülh razılaşmasına doğru sürətli gediş arzusunu ifadə etdilər
Avropa Şurasının prezidenti, Şarl Mişel Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirilən üçtərəfli görüşündən sonra bəyanat yayır. Avropa Şurası prezidentinin bəyanatına görə, 26 noyabr 2021-ci il tarixli Soçi bəyanatına uyğun olaraq, görüşdə aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması barədə razılıq əldə olunub. Komissiyanın mandatı Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, həmçinin sərhəd boyu və onun ətrafında sabit təhlükəsizlik vəziyyətinin təmin edilməsi olacaq.
Avropa Şurasının rəsmi saytında yerləşdirilən məlumatda bildirilir ki, İlham Əliyev və Nikol Faşinyanla görüşdə Cənubi Qafqaz bölgəsindəki vəziyyət və iki ölkənun Avropa İttifaqı arasıbda münasibətlərin inkişafı müzakirə olundu.
Şarl Mişel gərginliyin aradan qaldırılması və Cənubi Qafqazın orada yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabit, dinc və firavan bölgə kimi inkişafına yardım etmək üçün sıx əməkdaşlıq etmək məqsədilə Avropa İttifaqının Ermənistan və Azərbaycan ilə əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu təsdiq etdi.
Avropa Şurasının prezidenti həmçinin qeyd etdi ki, qüvvələrdən müvafiq məsafənin təmin edilməsi insidentlərin qarşısının alınmasında və gərginliyin azaldılmasında mühüm elementdir. Şarl Mişel Avropa İttifaqından məsləhət və dəstək verməyə hazır olduğunu təsdiq etdi.
Üçtərəfli görüşdə Ermənistan və Azərbaycan arasında, ümumilikdə Cənubi Qafqaz bölgəsində rabitə və kommunikasiya infrastrukturunun bərpası da müzakirə olundu. Şarl Mişel dəmir yolu xəttlərinin bərpası istiqamətində atılan addımları alqışladı və Ermənistan və Azərbaycanı yol əlaqələrinin bərpası üçün effektiv həll yolları tapmağa çağırdı. Avropa İttifaqı İqtisadi və İnvestisiya Planı da daxil olmaqla, ümumi layihələri müəyyən etmək üçün təklif olunan İqtisadi Məsləhət Forumu vasitəsilə İttifaqın kanallarının inkişafına dəstək verməyə hazırdır.
Şarl Mişel bütün mühüm humanitar məsələlərin, o cümlədən qalan məhbusların azad edilməsi və itkin düşmüş şəxslərin probleminin həllinin tam və tez həllinin zəruriliyini vurğuladı. Avropa İttifaqı bu səylərə yardım etməyə hazırdır.
Avropa Şurasının prezidenti, Şarl Mişel qeyd etdi ki, İlham Əliyev və Nikol Paşinyan sülh razılaşmasına doğru sürətli gediş arzusunu ifadə etdilər. Bu məqsədlə Xarici İşlər nazirlərinə bütün zəruri məsələləri tənzimləyən gələcək sülh müqaviləsi layihəsini hazırlamaq tapşırığı verilməsi razılaşdırıldı.
İlham Əliyevlə Nikol Paşinyan arasında görüş 6 apreldə Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə keçirildi.