Şarl Mişel – Avropa İttifaqı Şurası Gürcüstanın Avropa perspektivini tanımaq qərarına gəlib və status verməyə hazırdır, müəyyən edilmiş prioritetlər yerinə yetirilən kimi Gürcüstanın gələcəyi Aİ-dədir
Avropa İttifaqı Şurası Gürcüstanın Avropa perspektivini tanımaq qərarına gəlib və müəyyən edilmiş prioritetlər yerinə yetirilən kimi namizəd statusu verməyə hazırdır, Avropa Şurasının prezidenti Şarl Mişel öz Twitter səhifəsində yazıb.
“Gürcü xalqını təbrik edirəm. Bu, Aİ-Gürcüstan münasibətlərində tarixi məqamdır: Gürcüstanın gələcəyi Aİ-dədir”, – Şarl Mişelin “Twitter” hesabında deyilir.