Şarl Mişel – Aİ Gürcüstanla gələcək tərəfdaşlığını gücləndirməyə sadiqdir

20:46, 17.05.2022

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bu gün Tvitter hesabında Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ilə görüşü barədə yazıb.

“Mən İrakli Ğaribaşvili ilə Avropa İttifaqının Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə tam dəstəyini müzakirə etdim.

Avropa İttifaqı Gürcüstanla gələcək tərəfdaşlığını gücləndirməyə sadiqdir.

Mən demokratik prosesdə islahatların və qanunun aliliyinin heç vaxt olmadığı qədər zəruri olduğu mövqeyini ifadə etmişəm, – Şarl Mişel sosial şəbəkədə yazıb

Oxşar