Saratov vilayətində “Sberbank”ın məlumatların emalı mərkəzinə dronlarla hücum edilib
Saratov vilayətində “Sberbank”ın məlumatların emalı mərkəzinə dronlarla hücum edilib. Yerli hakimiyyətin xəbər verdiyi üzrə, oktyabrın 14-nə keçən gecə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumun hədəflərindən biri “Sberbank”ın məlumatların emalı mərkəzi olub. Onlar, Saratov vilayətinə hücum nəticəsində Balakovo şəhərində bir neçə yaşayış evinin də zərər gördüyünə dair məlumat verirlər. İlkin məlumatlara əsasən, bir nəfər həlak olub.
Saratov vilayətində “Sberbank”ın məlumatların emalı mərkəzinə hücum barədə məlumat “Telegram” kanallarında da yayılır. Bu məlumata əsasən, zərbə metallurgiya zavodunun ərazisinə də endirilib. Dronlarla hücum barədə Moskvanın meri də məlumat verib.
Serqey Sobyaninin bəyanatına əsasən, oktyabrın 13-ü axşamdan oktyabrın 14-ü səhərədək Moskva istiqamətində 493 dron buraxılıb. Onun sözlərinə əsasən, hava hücumundan müdafiə qüvvələri dronların böyük hissəsini Moskvadan uzqda zərərsizləşdirib, 180 pilotsuz uçuş aparatı isə paytaxta yaxınlaşarkən məhv edilib. Hücum nəticəsində xəsarət alanlar barədə məlumat yayılmayıb.