Sankt-Peterburq və Leninqrad vilayətində Ukrayna dronları ilə edilmiş hücum nəticəsində bir nəfər həlak olub, 15 nəfər isə xəsarət alıb
Screenshot
Sankt-Peterburq və Leninqrad vilayətində Ukrayna dronları ilə edilmiş hücum nəticəsində bir nəfər həlak olub, 15 nəfər isə xəsarət alıb.
Yerli hakimiyyət, hücumun hədəfinin neft obyektləri, logistika mərkəzləri və məlumat mərkəzləri olmasına dair məlumat verir. Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlovun bəyanatına əsasən, Sankt-Peterburq neft terminalında, neft anbarında və sənaye anbarlarında yanğın baş verib.
Ukrayna dronlarının istehsalçısı olan “Fire Point” şirkəti Ukrayna Silahlı Qüvvələrinin Sankt-Peterburq yaxınlığında yerləşən “VK” internet şirkətinin məlumat mərkəzinə zərbə endirdiyini açıqlayıb.
Rusiya Müdafiə Nazirliyi, son 24 saatda uzaq mənzilli 7 “Flaminqo” raketini və 1 256 dronu vurduqlarına dair məlumat verir.
“TASS” agentliyinin məlumatına əsasən, dünən gecə Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiya ərazisinə dronlarla edilən hücum son bir il ərzində baş verən ən miqyaslı hücumlardan biri olub.
“Rusiya Ukraynanın hücumlarına genişmiqyaslı zərbələrlə cavab verir” – Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov açıqlayıb.