Sanksiyalara görə, "IDS Borjomi" istehsalı müvəqqəti dayandırır
Sanksiyalara görə, "IDS Borjomi" istehsalı müvəqqəti dayandırır

Sanksiyalara görə, “IDS Borjomi” istehsalı müvəqqəti dayandırır.

Şirkətin yaydığı bəyanatda deyilir ki, “IDS Borjomi Georgia” Ukraynada hərbi əməliyyatlar başlayandan bəri çətin vəziyyətə düşdü”.

“Şirkətin məhsullarının satışı üzrə əsas bazarlardakı çətin vəziyyət bank hesablarına çıxışın məhdudlaşdırılması ilə daha da mürəkkəbləşdi və bu, şirkətin valyuta gəlirlərini almaq və kreditorlarla hesablaşma imkanlarını bağladı.

Şirkət vəziyyətin əhəmiyyətli dərəcədə düzəlməi ümidi ilə bu günə qədər fəaliyyətini davam etdirirdi, təəssüf ki, indiyə qədər bu mümkün olmadı.

Qeyd olunanları nəzərə alaraq şirkət aprelin 29-dan hər iki Borjomi qablaşdırma zavodunda istehsal prosesini müvəqqəti olaraq dayandırmağa məcburdur.

Ümid edirik ki, vəziyyət yaxın gələcəkdə yaxşılaşacaq və bizim fəaliyyətimizi bərpa etmək imkanımız olacaq”, – “IDS Borjomi Georgia”-nın bəyanatında deyilir.

2013-cü ildən “IDS Borjomi”-nin 60% nəzarət paketinə rus “Alpha Group” sahibdir. Alpha Group-un təsisçisi Maykl Fridman sanksiyaya düşən oliqarxlar siyahısındadır.