Şanxaydan Tbilisiyə ilk birbaşa aviareys bu gün eniş edəcək

10:21, 15.07.2026

Gürcüstanlı turistlər Çinin əsas maliyyə, texnologiya və turizm mərkəzlərindən biri olan Şanxaya artıq birbaşa reyslə səfər edə biləcəklər. Şanxaydan Tbilisiyə ilk birbaşa aviareys bu gün eniş edəcək.

Müntəzəm aviareyslərin açılması barədə yekun razılıq Gürcüstanın iqtisadiyyat nazirinin Çin Xalq Respublikasına səfəri çərçivəsində, Çinin China Eastern Airlines aviaşirkətinin rəhbərliyi ilə keçirilən görüşdə əldə olunub.

Çinin ən iri aviaşirkətlərindən biri olan China Eastern Airlines Tbilisi istiqamətində həftədə üç dəfə müntəzəm reyslər həyata keçirəcək.

Oxşar