Sandro Rakviaşvili, Yaqo Xviçiya və Vaxtanq Meqrelişvili Parlamentə getdilər
Sandro Rakviaşvili, Yaqo Xviçiya və Vaxtanq Meqrelişvili Parlamentə getdilər

“Qirçinin” üzvləri Sandro Rakviaşvili, Yaqo Xviçiya və Vaxtanq Meqrelişvili Parlamentə getdilər.

Onlar bu gün  mediatorlar tərəfindən təklif olunan yeni sənədi imzaladılar.

Bununla yanaşı, 16 apreldə Vaxtanq Meqrelişvili bəyan etdi ki, Parlamentə getməyi planlaşdırır.

“Real olaraq səhnə arxası Parlament fəaliyyətinə başlamağa, insanlarla tanış olmağa, Parlamentdən sizinlə əlaqə saxlamağa, bizi maraqlandıran siyasi aksentlərin keçirilməsinə geidirik. Bugünki siyasi məkan “Qirçinin” fəaliyyətinə imkan vermədiyinə görə, istəyirik elə məkan yaradaq ki, harada da seçkiqabağı kampaniyanı həyata keçirə bilərik”, – Vaxtanq Meqrelişvili bəyan etdi.