San-Fransiskoda "meymun çiçəyinə" yoluxma hallarının kəskin artması ilə əlaqədar fövqəladə vəziyyət elan edildi
San-Fransiskoda “meymun çiçəyinə” yoluxma hallarının kəskin artması ilə əlaqədar fövqəladə vəziyyət elan edildi. Məlumatı Amerika mediası yayır.
San-Fransisko merinin bəyan etdiyinə görə, fövqəladə vəziyyətin elan edilməsi virusa yoluxma hallarının sayının artmasının qarşısını almaq üçün yerli hakimiyyət orqanlarına səfərbər olmağa daha geniş imkanlar verəcək.
Rəsmi göstəricilərlə, bu vaxt üçün şəhərdə meymun çiçəyinin təsdiq olunmuş 260 halı qeydə alınıb. Şəhərin İctimai Səhiyyə Departamentinin məlumatına görə, San-Fransiskoya 4200 doza meymun çiçəyi vaksini daxil olub və yaxın günlərdə klinikalara çatdırılacaq.