San-Dieqoda yerləşən İslam Mərkəzində atışma nəticəsində, ikisi ehtimal edilən hücumçu olmaqla, beş nəfər həlak olub
San-Dieqoda yerləşən İslam Mərkəzində atışma nəticəsində, ikisi ehtimal edilən hücumçu olmaqla, beş nəfər həlak olub

 

ABŞ-nin San Dieqo şəhərində yerləşən İslam Mərkəzində atışma nəticəsində, ikisi ehtimal edilən hücumçu olmaqla, beş nəfər həlak olub – bu haqda “BBC” yazır.

Polisin məlumatına əsasən, atışma zamanı həlak olanlardan biri İslam Mərkəzinin mühafizəçisi olub. Onların məlumatında atışmada şübhəli bilinənlərin məscidin yaxınlığında avtomobildə ölü tapıldığı deyilir. Onların 17 və 19 yaşlarında olduqları ehtimal olunur.

Rəsmi şəxslər hadisənin hazırda nifrət motivi ilə törədilmiş cinayət olaraq qiymətləndirildiyini bildirirlər. Hadisə yerinə hüquq-mühafizə orqanının təxminən 200 əməkdaşı, eləcə də ABŞ Federal Təhqiqat Bürosunun əməkdaşları səfərbər olunub. Hadisə ilə bağlı istintaq aparılır.