Samvel Karapetyana qarşı çirkli pulların yuyulmasında ittiham irəli sürüblər
Rus biznesmen Samvel Karapetyana qarşı çirkli pulların yuyulmasında ittiham irəli sürüblər. Bu barədə məlumatı erməni mediası yayır.
Medianın yazdığı kimi, bu məlumatı Karapetyanın vəkilləri yayıblar. Hüquqşünaslar yeni ittihamları əsassız adlandırırlar.
Məlumat üçün bildirək ki, Samvel Karapetyanı iyunun 18-də hakimiyyəti ələ keçirməyə yönəlik ictimai çağırışlar etmək ittihamı ilə saxlayıblar. O, bütün ittihamları rədd edir və ona qarşı siyasi motivli təqibin aparıldığını bildirir.
Bununla yanaşı, Karapetyanın nümayəndələri bir neçə gün əvvəl biznesmenin yeni siyasi qüvvə yaratmaq niyyətində olduğu bəyanatını yayıblar.