Samtrediada xəsarət yetirmə faktı üzrə bir nəfəri saxlayıblar
Samtrediada xəsarət yetirmə faktı üzrə bir nəfəri saxlayıblar

 

Gürcüstanın Daxili İşlər Nazirliyinin İmereti Polis Departamentinin Samtredia Rayon İdarəsinin əməkdaşları qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə 1989-cu il təvəllüdlü P.Ş.-ni saxlayıblar.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Samtrediada qarşılıqlı mübahisə zəminində soyuq silahla 1978-ci il təvəllüdlü Q.S.- yə xəsarət yetirib. Yaralı kişini xəstəxanaya çatdırıblar və ona müvafiq tibbi yardım göstərilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları P.S.-ni “isti izlər”lə təqsirləndirilən şəxs qismində saxlayıblar. Polis cinayətin törədilməsində istifadə olunan silahı – bıçağı sübut kimi götürüb” – Daxili İşlər Nazirliyində bildirirlər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin 1-ci hissəsi ilə aparılır. Cinayət dörd ildən yeddi ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.