Samtredia-Qriqoleti sürət magistralının əlavə 6 km-lik hissəsində hərəkət açılıb
Samtredia-Qriqoleti sürət magistralında üçüncü, 12 kilometrlik hissənin tikintisi başa çatıb və avtonəqliyyatın hərəkəti tamamilə açılıb.
Qeyd olunan hissənin birinci, Lançxuti-Lesanın 6 kilometrlik hissəsi avtonəqliyyat üçün 2025-ci ilin sonunda açılmışdı, bu mərhələdə isə qalan 6 kilometr də istismara verilib.
Layihə çərçivəsində 12 kilometrlik, 4 zolaqlı asfalt-beton yol, 6 körpü keçidi, 2 nəqliyyat qovşağı tikilib, eləcə də heyvanlar üçün keçidlər və yerli əhəmiyyətli yollarla birləşən sahə çıxışları salınıb.
Yeni yol Quria regionunda, Lançxuti şəhəri və Lançxuti munisipalitetinin Qvimbalauri, Kvemo Çibati və Niqoeti kəndlərinin ərazisindən keçir.
Samtredia-Qriqoletinin 52 kilometrlik magistral yolu dörd hissə olaraq tikilir. Hazırda ikinci, üçüncü və dördüncü hissələrdə hərəkət tamamilə açılıb, birinci hissədə isə işlər davam edir.
Nəticədə, Samtredia-Qriqoleti avtomagistralının 52 kilometrindən artıq 42.5 kilometrində hərəkət açılıb. Qalan 9.5 kilometrlik birinci hissənin tamamlanması və hərəkətə açılması isə 2027-ci ilə planlaşdırılır.
Samtredia-Qriqoleti yolu Şərq-Qərb beynəlxalq sürət avtomagistralının (E60) mühüm tərkib hissəsidir. 52 kilometrlik yol Zestaponi-Kutaisi dolama yolundan başlayır və Qriqoletidə, Supsa çayının yaxınlığında başa çatır.
Layihənin tamamlanması nəticəsində yolun buraxıcılıq qabiliyyəti əhəmiyyətli dərəcədə artacaq, yol təhlükəsizliyi yaxşılaşacaq, səyahət müddəti və avtonəqliyyatın istismar xərcləri azalacaq, beynəlxalq tranzit daşımaları isə daha da səmərəli olacaq.
Samtredia-Qriqoleti magistralının üçüncü hissəsinin tikintisi Gürcüstanın dövlət büdcəsi və Avropa İnvestisiya Bankından (EIB) alınan kredit çərçivəsində həyata keçirilib. Layihənin dəyəri 324.6 milyon laridir.