Şamqona kəndində xilasedicilər Enquri çayından 3 insan cəsədi çıxardılar
Zuqdidi munitsipalitetinin Şamqona kəndində xilasedicilər Enquri çayından 3 insan cəsədi çıxardılar.
DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, daha bir vətəndaşın axtarış işi davam edir.
İdarənin qeyd etdiyinə görə, fakt üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 143-cü və 115-ci maddələri ilə aparılır ki, bu da qeyri-qanuni azadlıqdan məhrum etmə və intihara sürükləməyi nəzərdə tutur.
Mövcud məlumata əsasən, vətəndaşlar işğal altındakı Taqilondan Şamqonara Enquri çayını keçərək getməyə çalışırdılar.