Sameqrelonun polisi xüsusilə böyük miqdarda narkotik maddə ələ keçirib
Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis Departamentinin detektivləri (operativ) və istintaq idarələrinin əməkdaşları birgə həyata keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində, xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə 1986-cı il təvəllüdlü B.Ts.-ni saxlayıblar. Məlumatı Daxili İşlər Nazirliyi yayır.
Qurumun məlumatına əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik cinayəti ittihamı ilə saxlanılan şəxsin üzərində, yaşayış evi və avtomobilində aparılan axtarış zamanı xüsusilə külli miqdarda – 35 paket şəklində qablaşdırılmış „Metadon“ narkotik vasitəsini ələ keçiriblər.
“İstintaq hərəkətləri nəticəsində, polis tərəfindən pul, yapışqan lentlər və elektron tərəzilər maddi sübut kimi ələ keçirilib.
İstintaq xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanılması faktı üzrə Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsinin „a“ yarımbəndi ilə aparılır.
Cinayət 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur” – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.