Sameqreloda polis narkotik satıcısını saxlayıb
Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis Departamentinin əməkdaşları külli miqdarda narkotik vasitələri qanunsuz əldə etmə, saxlama və satma ittihamı ilə əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş şəxsi saxlayıblar.
Daxili İşlər Nazirliyinin məlumatında, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hakimin qərarı əsasında intensiv rejimdə keçirilən istintaq hərəkətləri, o cümlədən gizli audio-video yazılar nəticəsində təqsirləndirilən şəxsin “Metadon” narkotik vasitəsinin satışını həyata keçirdiyinin müəyyən edildiyi deyilir.
“Polis qanunsuz satılan narkotik vasitəni sübut olaraq götürüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 260-cı “üçüncü” maddələri ilə aparılır, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur” – məlumatda qeyd olunub.