Sameqreloda polis qanunsuz odlu silahlar və döyüş sursatı aşkarlayıb. Əməliyyat nəticəsində üç nəfər saxlanılıb

11:45, 07.07.2026

Sameqrelo-Zemo Svaneti bölgəsində polis qanunsuz odlu silah və sursat aşkarlayıb, üç nəfər saxlanılıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin Sameqrelo–Zemo Svaneti Polis Departamentinin əməkdaşları müxtəlif vaxtlarda keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində odlu silah və döyüş sursatını qanunsuz əldə etmə, saxlama və gəzdirmə ittihamı ilə üç nəfəri saxlayıblar. Saxlanılanlardan ikisi əvvəllər məhkum olunub.

Nazirliyin yaydığı məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslərin üzərində və yaşadıqları ünvanlarda apardıqları axtarış zamanı maddi sübut kimi müxtəlif növ odlu silah və döyüş sursatı, o cümlədən 2 tapança, 6 daraq və 236 patron götürüblər.

Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə aparılır. Həmin maddələr 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Oxşar