Sameqreloda iki nəfər adam öldürməyə cəhd və hədələmə ittihamı ilə həbs edilib

10:40, 12.06.2024

Sameqreloda iki nəfər adam öldürməyə cəhd və hədələmə ittihamı ilə həbs edilib. Məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Sameqrelo Zemo-Svaneti Polis İdarəsinin Martvil rayon şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində
Qardaşlar 1979-cu il təvəllüdlü Q.X-ı öldürməyə cəhd və 1983-cü il təvəllüdlü Q.X-ı hədələməkdə ittiham olunaraq həbs ediliblər.

Cinayətlər 15 ilə qədər həbslə cəzalandırılır.

“İstintaqda müəyyən edilib ki, hadisə zamanı təqsirləndirilən Q.X.-nın qarşılıqlı mübahisə zəminində soyuq silahla həmkəndlisi M.B-ə və 1992-ci il təvəllüdlü A.B-yə də xəsarət yetirib. Həmçinin müəyyən edilib ki, müttəhimlər soyuq silahlar və ov tüfəngləri nümayiş etdirərək yerli sakinləri öldürməklə hədələyiblər. Hər iki təqsirləndirilən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən isti izlərlə həbs edilib. Polis cinayətin alətlərini dəlil kimi götürüb.
İstintaq Cinayət Məcəlləsinin adam öldürməyə cəhd və hədə-qorxudan ibarət 19-108 və 151-ci maddələri ilə aparılır”, – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Oxşar