Sameqrelo-Zemo Svanetidə koronavirusun doqquz yeni halı qeydə alındı, iki pasiyent müalicə olunaraq sağaldı
Sameqrelo-Zemo Svaneti bölgəsində koronavirusun doqquz yeni halı qeydə alındı, iki pasiyent müalicə olunaraq sağaldı. Məlumatı Bölgə Administrasiyası yayır.
Bölgənin beş kovid-mərkəzində koronavirusa yoluxan 103 pasiyent müalicə olunur, onlardan beşinin vəziyyəti ağırdır.
Ruxi Klinikasına 34, Poti Klinikasına 38, Zuqdidi Referal Hospitalına 5, Abaşanın “Eveks” Klinikasına 12 , Senaki Klinikasına 14 pasiyent yerləşdirilib.
Bölgənin karantin məkanlarında 115 insan qalmaqdadır.