Sameqrelo-Zemo Svanetidə koronavirusun beş yeni halı qeydə alındı, 12 pasiyent müalicə olunaraq sağaldı
Sameqrelo-Zemo Svaneti bölgəsində koronavirusun beş yeni halı qeydə alındı, 12 pasiyent müalicə olunaraq sağaldı. Məlumatı Bölgə Administrasiyası yayır.
Bölgənin beş kovid-mərkəzində koronavirusa yoluxan 87 pasiyent müalicə olunur, onlardan səkkizinin vəziyyəti ağırdır.
Ruxi Klinikasına 34, Poti Klinikasına 21, Zuqdidi Referal Hospitalına 9, Abaşanın “Eveks” Klinikasına 7, Senaki Klinikasına 17 pasiyent yerləşdirilib.
Bölgənin karantin məkanlarında 117 insan qalmaqdadır.