Sameqrelo-Zemo Svaneti bölgəsində 73 yeni koronavirus halı qeydə alınıb

12:29, 22.01.2021

Sameqrelo-Zemo Svaneti bölgəsində 73 yeni koronavirus halı qeydə alınıbSon 24 saat ərzində Sameqrelo-Zemo Svaneti bölgəsində 73 yeni koronavirus halı qeydə alındı, 171 şəxs sağaldı və bir nəfər dünyasını dəyişdi.

Regionun altı kovid mərkəzində 212 kovid pasiyent müalicəyə davam edir, onlardan 19 pasiyentin vəziyyəti ağırdır.

Ruxi klinikasında 80 pasiyent müalicə kursundan keçir, onlardan yeddisinin vəziyyəti ağırdır.

Abaşanın Eveks klinikasında 18 pasiyent qalır.

Senakidə Lazika Medidə 24 pasiyent qalır.

Gürcüstanda son 24 saat ərzində koronavirusa 903 yeni yoluxma halı qeydə alındı, 636 pasiyent isə sağaldı.

 

Oxşar