Samara vilayətində “Ozon”un anbarında dronla hücum nəticəsində yanğın baş verib, 500-dən çox əməkdaş təxliyə olunub
Rusiyada Samara vilayətində “Ozon”un mərkəzinə dronla hücum nəticəsində dörd nəfər xəsarət alıb – bu haqda məlumatı Rusiya mediası yayır.
Fövqəladə Hallar Xidmətinin nümayəndəsinin verdiyi məlumata əsasən, yaralananlardan birinin vəziyyəti kritikdir, o, ikinci mərtəbənin pəncərəsindən tullanarkən ağır xəsarətlər alıb. Həkimlər həmin şəxsi əməliyyat edirlər.
Bundan başqa, medianın verdiyi məlumata əsasən, Samara vilayətində yerləşən “Ozon”un anbarına zərbə endirilməsi nəticəsində yanğın baş verib, bundan sonra da 500-dən çox əməkdaşın təxliyə edilməsi zərurəti yaranıb.