Şalva Tadumadze – baş nazir Saralidzenin ailəsi və vəkili, eləcə də Maçalikaşvili və vəkili ilə görüşdü.
Onun dediyinə əsasən, görüşdə Daxili İşlər naziri Qiorqi Qaxariya və xalq müdafiəçisi Nino Lomjaraiya iştirak edəcəklər.
“Baş nazir Qiorqi Kvirikaşvili Saralidzenin ailəsi və vəkili, eləcə də Maçalikaşvili və vəkili ilə görüşdü. Qeyd olunmuş görüşdə Daxili İşlər naziri Qiorqi Qaxariya və xalq müdafiəçisi Nino Lomjaraiya iştirak edəcəklər. Onların iştirakı Saralidzenin istəyidir və müvafiq olaraq görüş bu formatda keçiriləcək”, -Şalva Tadumadze bildirdi.
Xorava küçəsində öldürülmüş həddi buluğa çatmamış şəxsin atası Zaza Saralidze dünən Parlament binası qarşısında aksiyada qeyd etdi ki, Gürcüstanın baş naziri ilə görüşməyi planlayır. Dövlət Administrasiyasının mətbuat xidmətinin məlumatına əsasən, Qiorqi Kvirikaşvili siyasi qərəzli şəxslərdən kənar, Xorava küçəsində öldürülmüş həddi buluğa çatmamış şəxslərin valideynləri ilə görüşməyə hazırdı.
Biraz əvvəl Zaza Saralidze, Dövlət Administrasiyasının qarşısına getdi, lakin, bəyan etdi ki, baş nazirlə yalnız görüşməyi planlamırdı.
Dövlət Administrasiyasına xalq müdafiəçisi Nino Lomjaraia da artıq gedib.
Eləcə də, Administrasiyada aksiyaların təşkilatçılarından biri Zviad Kuprava və siyasətçilər var.