Şalva Şavqulidze Şarl Mişelin sənədini imzaladı
Şalva Şavqulidze Şarl Mişelin sənədini imzaladı

“Avropa Gürcüstanı” partiyasının seçki siyahısının üzvü, Şalva Şavqulidze Şarl Mişelin sənədini imzaladı.

Şavqulidze Avropa İttifaqı nümayəndəliyinə razılaşmaya imza atmağa az öncə getdi.

Gürcüstanda Avropa İttifaqının səfiri, Karl hartsel partiya nümayəndələrinə dünən müraciət etdi ki, Avropa İttifaqı nümayəndəliyinə razılaşmaya imza atmaq üçün bu gün də gedə bilərlər.

Bununla yanaşı, Prezident Sarayında Şarl Mişelin sənədini müxtəlif partiya nümayəndələri dünən imzaladılar.

2021-ci il 16 apreldə “Gürcü Arzusu” tərəfindən edilən təklifə uyğun olaraq, 2022-ci ildə vaxtından əvvəl seçkilər təyin olunacaq, əgər yerli özünüidarəetmə seçkilərində “Gürcü Arzusu” 43 faizdən az topladısa. Bu barədə Şarl Mişelin dünən müxalif partiyalar üçün yeni təqdim etdiyi sənəddə deyilir, hansını da Avropa İttifaqı nümayəndəliyi yayır.

Bununla yanaşı, Şarl Mişelin sənədinə əsasən, razılaşmadan bir həftəyə tərəflər siyasiləşdirilmiş hesab olunan iki işi müzakirə etməlidilər.