Şalva Papuvaşvili - ATƏT-in Parlament Assambleyası yeganədir ki, dövlət institutlarına qarşı zorakılığın yolverilməz olduğunu və boykotun mümkün olmadığını dedi, bu iki həqiqəti Avropa İttifaqına dedizdirə bilmədik
Şalva Papuvaşvili - ATƏT-in Parlament Assambleyası yeganədir ki, dövlət institutlarına qarşı zorakılığın yolverilməz olduğunu və boykotun mümkün olmadığını dedi, bu iki həqiqəti Avropa İttifaqına dedizdirə bilmədik

ATƏT-in Parlament Assambleyası yeganədir ki, iki sadə həqiqəti dedi: dövlət institutlarına qarşı zorakılıq yolverilməzdir və boykot siyasi prosesin əvəzləyicisi deyil, – bu barədə parlamentin sədri Şalva Papuaşvili Gürcüstanın Birinci Kanalının “Günün mövzusu” verilişində bildirib.

Papuaşvilinin sözlərinə görə, bu iki həqiqəti Avropa İttifaqının heç bir nümayəndəsi dilə gətirə bilmədi.

“ATƏT-in parlament nümayəndə heyətinə təşəkkür etməliyik. Onlar iki ən vacib məsələni qeyd etdilər. Birincisi – dövlət institutlarına qarşı zorakılığın yolverilməz olduğu barədə bəyanat. ATƏT-in Parlament Assambleyası hələlik bunu deyən yeganə qurumdur; ikincisi – boykot siyasi prosesin əvəzləyicisi deyil. Bu da daha bir sadə həqiqətdir ki, indiyədək bunu yalnız ATƏT-in Parlament Assambleyası deyib. Bu sadə tezislər görüşlərdə bir neçə dəfə təkrarlandı və daha da çox şey deyildi. Bu iki ən sadə həqiqəti Avropa İttifaqının heç bir nümayəndəsinə dedizdirə bilmədik.

Xanım Magdalena Qrono Kos möcüzə kimi şeylər danışdı. Ümumiyyətlə, hansı ölkə haqqında danışdığını təsəvvür etmir. İki sadə həqiqəti Avropa İttifaqına, onun səfirinə dedizdirə bilmədik ki, zorakılıqla devirmə yolverilməzdir və boykot olmaz. Niyə bunu Avropa İttifaqının səfiri demir? Avropa İttifaqı? Brüssel? Bunu deyən kimi, elə həmin anda radikal müxalifətin özlərinə verdikləri qidanı əllərindən alacaqlar. Onların parlament fəaliyyətini boykot etməsinə və mandatları atmasına bəraət qazandıran əsasları əllərindən alacaqlar, prezident sarayına qarşı zorakılığı, ən əsası isə gələcək zorakılığın onların tərəfindən legitimləşdirilməsini əllərindən alacaqlar. Ona görə də demirlər, çünki gələcək zorakılığa yol açan Brüsseldir, bugünkü zorakılığı qınamayanlardır. Bu, Avropa İttifaqı ilə bağlı bu gün deməli olduğumuz təəssüf doğuran reallıqdır”, – deyə Şalva Papuaşvili bildirib.

Məlumat üçün bildirək ki, ATƏT-in Parlament Assambleyası Gürcüstana səfərlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, “dövlət institutlarına qarşı zorakılıq qəbuledilməzdir, dəyişikliklər zorakılıqla deyil, seçki qutuları vasitəsilə baş verməlidir, hansı ki, onların devrilməsinə yönəlib.”