Şalva Papuaşvili Yunanıstan Respublikasının parlament sədrinin müavini ilə görüşüb
Şalva Papuaşvili Yunanıstan Respublikasının parlament sədrinin müavini ilə görüşüb

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Yunanıstan Respublikasının parlament sədrinin müavini İoannis Plakiotakis ilə görüşüb.

Görüşdə Gürcüstan və Yunanıstan arasında minillik tarixi və mədəni əlaqələr vurğulanıb.

Şalva Papuaşvili Yunanıstanda yaşayan gürcü diasporuna göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Yunanıstan parlamentinin vitse-spikeri qeyd edib ki, Gürcüstanda yaşayan etnik yunanlar yerli cəmiyyətin ayrılmaz hissəsidir.

Tərəflər parlamentlərarası əlaqələrin dərinləşdirilməsinə hazır olduqlarını ifadə ediblər. Həmçinin ticarət və iqtisadi sahədə əməkdaşlıq potensialından daha səmərəli istifadə olunmasının vacibliyi vurğulanıb.

Tərəflər beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq perspektivlərini də müzakirə ediblər.

Görüşdə Gürcüstan–Avropa İttifaqı münasibətlərinə də toxunulub.

Görüş Türkiyənin İstanbul şəhərində keçirilən Parlamentlərarası İttifaqın (IPU) 152-ci Baş Assambleyası çərçivəsində baş tutub. Parlament sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinə Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze və Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Komitəsinin sədri Maya Bitadze daxildir.