Şalva Papuaşvili - Yeni administrasiya Amerika fondlarına həddini bildirənə qədər, heç kim etiraf etmək istəmirdi ki, pulu başqa ölkələrdə iğtişaşlara xərcləyirlər, Avropa İttifaqının fondları ilə bağlı da eyni vəziyyətdir
Şalva Papuaşvili - Yeni administrasiya Amerika fondlarına həddini bildirənə qədər, heç kim etiraf etmək istəmirdi ki, pulu başqa ölkələrdə iğtişaşlara xərcləyirlər, Avropa İttifaqının fondları ilə bağlı da eyni vəziyyətdir

 

Yeni administrasiya Amerika fondlarına həddini bildirənə qədər, heç kim etiraf etmək istəmirdi ki, bu fondlar Amerika büdcəsindən vəsaiti, administrasiyanın dediyi kimi, saxtakarlıqla xərcləyirdilər. Başqa ölkələrdə iğtişaşlar təşkil etmək üçün pul xərcləyirdilər. Avropa İttifaqının fondları ilə bağlı da eyni vəziyyətdir – bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə bildirib.

Papuaşviliyə Avstriya nəşri tərəfindən yayılan məlumatla bağlı sual verilib, məlumata əsasən, Avropa Komissiyası etiraf edib ki, avropalı mühafizəkarların səsini boğmaq üçün Avropa İttifaqının fondlarından solçu qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi üçün istifadə edib.

Papuaşvili bildirib ki, Avropa Komissiyası faktiki olaraq vəsaitlərin məqsədsiz, lobbiçilik üçün xərcləndiyini təsdiqləyib.

“Biz burada da uzun müddətdir bu barədə danışırıq və görünür, onlar artıq özləri müdaxilə ediblər. Yeri gəlmişkən, gördüyümüz kimi, “Avropa Xalq Partiyası” Avropa İttifaqının büdcəsindən pulun lobbiçiliyə xərclənməsindən narahat olub. Bütün bu müddət ərzində axı başqa bir şey demirdik, dövlət vəsaitlərinin dar partiya və ya müəyyən dar qrupun maraqlarına uyğun olan siyasi gündəmi irəli çəkmək üçün istifadə edilməsi məhz korrupsiyanın bir formasıdır. Bu lobbiçilik Gürcüstanda göz qabağındadır. Parlament seçkiləri öncəsi gördük ki, Avropa İttifaqının pulu “Gürcü Arzusu”na qarşı seçki kampaniyasının aparılmasına xərclənirdi, Avropa İttifaqının səfiri şəxsən “Gürcü Arzusu”na qarşı seçki kampaniyasına cəlb olunmuşdu. Avropa İttifaqının pulu ilə seçki tədbirləri maliyyələşdirilirdi, o cümlədən 20 oktyabrda, seçkilərdən bir neçə gün əvvəl, sonuncu ictimai aksiyanı partiyalar deyil, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən QHT-lər təşkil etdilər. Məhz bu lobbiçilik, korrupsiya və xarici ölkənin seçkilərinə müdaxilədir, bunu isə parlament seçkiləri öncəsi görürdük.
Bunu komissiyanın özü etiraf etdi, o, faktiki olaraq, vəsaitlərin məqsədsiz şəkildə, lobbiçilik üçün xərcləndiyini, o cümlədən opponentləri susdurmaq, müəyyən məsələlərlə bağlı siyasi müxaliflik edə bilməməsi üçün onları nüfuzdan salmaq üçün xərcləndiyini təsdiqlədi” – Şalva Papuaşvili bildirib.