Şalva Papuaşvili - Yaz sessiyası açılan kimi parlament xüsusi komissiya yaradacaq və ərzaq məhsullarının qiymətlərinin formalaşması prosesinin ictimai şəkildə öyrənilməsinə başlayacaq
Şalva Papuaşvili - Yaz sessiyası açılan kimi parlament xüsusi komissiya yaradacaq və ərzaq məhsullarının qiymətlərinin formalaşması prosesinin ictimai şəkildə öyrənilməsinə başlayacaq

 

Gürcüstanın Baş nazirinin vətəndaşların əsas qayğı mövzusu olan ərzaq məhsullarının pərakəndə qiymətləri kimi vacib məsələyə diqqəti təqdirəlayiqdir – bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazır.

Papuaşvilinin yazdığı kimi, yaz sessiyası açılan kimi parlament ərzaq məhsullarının qiymətlərinin formalaşması prosesini öyrənmək üçün xüsusi komissiya yaradacaq.

“Baş nazirin dediyi kimi, məsələnin öyrənilməsinə başlanılıb, tədqiqat aparılıb, problemli nöqtələr müəyyən edilib, proses başlayıb.

Auditoriyanın pərakəndə məhsulların qiymətlərinin formalaşması prosesini və bu prosesdə mümkün çatışmazlıqları görməsi üçün açıq, ictimai format kimi parlament komissiyasının yaradılması ideyası da istiqamətlərdən biri kimi səsləndirildi.

Açıq, demokratik proses həyati əhəmiyyətli məsələləri başa düşən və onun haqqında müzakirələrə qoşulan və qərar qəbul edilməsində iştirak edən məlumatlı vətəndaşı şərtləndirir.

Yaz sessiyası açılan kimi Gürcüstan Parlamenti xüsusi komissiya yaradacaq və ərzaq məhsullarının qiymətlərinin formalaşması prosesinin ictimai şəkildə öyrənilməsinə başlayacaq” – Papuaşvili yazır.