Parlamentin sədri Şalva Papuaşvili Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviçlə görüşüb. Parlamentin mətbuat xidmətinin məlumatına görə, Şalva Papuaşvili Zoran Milanoviçin Gürcüstana ilk səfərini alqışlayıb və bu səfərin əhəmiyyətini vurğulayıb. Görüşdə Gürcüstan və Xorvatiya arasında dostluq münasibətləri qeyd olunub.
“Şalva Papuaşvili Xorvatiya tərəfinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi qətiyyətli dəstəyə görə təşəkkür edib. Xorvatiya Prezidenti bildirib ki, Avropa İttifaqının Gürcüstana hazırkı münasibəti onun üçün təəccüblüdür və məqsədi mövcud vəziyyəti Gürcüstan hakimiyyəti ilə şəxsən müzakirə etməkdir. Onun sözlərinə görə, Xorvatiya qətiyyətlə Gürcüstanın yanındadır.
Şalva Papuaşvili son illərdə Gürcüstanda baş verən proseslər və Gürcüstan–Avropa İttifaqı münasibətləri barədə Xorvatiya Prezidentinə məlumat verib. Xorvatiya Prezidenti Gürcüstanın suverenliyin və milli maraqların qorunmasına yönəlmiş siyasətini müsbət qiymətləndirib.
Görüşdə, həmçinin, parlament sədrinin müavinləri İlia İncia və Sozar Subari, Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze, Avropaya inteqrasiya komitəsinin sədri Levan Maxaşvili, Təhsil, elm və gənclər məsələləri komitəsinin sədri Mariam Laşxi iştirak ediblər.