Şalva Papuaşvili – Xarici qüvvələrin Gürcüstanı qarışdırmaq üçün əllərində qalan yeganə silah nifrət və ikrah dilidir, bu silahın zərərsizləşdirilməsi vacibdir

15:57, 16.06.2026

 

Xarici qüvvələrin Gürcüstanı qarışdırmaq üçün əllərində qalan yeganə silah nifrət və ikrah dilidir, bütün dırnaqarası Avropa hərəkatı bunun üzərində dayanır – bu haqda parlamentin sədri Şalva Papuaşvili deyib.

O, nifrət və zorakılıq silahının zərərsizləşdirilməsinin vacib olduğunu deyib.

“Mühüm proses gedir. Bu, cəmiyyəti radikalizmdən, qütbləşmədən və parçalanma cəhdindən qorumaq üçün dönüş nöqtəsi olacaq. Çünki görürük ki, xarici qüvvələrin Gürcüstanı qarışdırmaq üçün əllərində qalan yeganə silah nifrət və ikrah dilidir. Təəssüf ki, bütün bu dırnaqarası Avropa hərəkatı bunun – ikrah və nifrətin üzərində dayanır. Brüssel və onun Gürcüstandakı nümayəndələri Avropa İttifaqı deyilən dinc layihə ideyasını bu həddə çatdırıblar, çünki bu gün o ikrah, zorakılıqla assosiasiya olunur. İkrah və zorakılıq silahının zərərsizləşdirilməsi vacibdir. Ümid edirəm ki, bu departament fəal olacaq. Fəal işləməsi yaxşı haldır. Bir silah kimi nifrəti dırnaqarası avropayönümlü qüvvələrin əlindən almağımız vacibdir” – Şalva Papuaşvili bildirib.

Oxşar