Şalva Papuaşvili Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb
Şalva Papuaşvili Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Vyetnam Sosialist Respublikasının parlamenti – Milli Assambleyasının sədri Tran Than Man ilə görüşüb.

Şalva Papuaşvili Tran Than Mana Milli Assambleyanın sədri vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib.

Tərəflər müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının müəyyən edilməsi üzrə iş aparmağa hazır olduqlarını ifadə ediblər. Parlamentlərarası əlaqələrin gücləndirilməsi üçün parlament dostluq qruplarının yaradılmasının vacibliyi qeyd olunub.

Tərəflər həmçinin Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlament Assambleyası (AIPA) çərçivəsində əməkdaşlığı, eləcə də ölkələr arasında ticarət və iqtisadi əlaqələrin genişləndirilməsini müzakirə ediblər. Görüş Türkiyənin İstanbul şəhərində keçirilən Parlamentlərarası İttifaqın (IPU) 152-ci Baş Assambleyası çərçivəsində baş tutub.

Parlament sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinə Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze və Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Komitəsinin sədri Maya Bitadze daxildir.