Şalva Papuaşvili və deputatlar Gürcüstandakı Ukrayna vətəndaşlarını qarşıdan gələn Pasxa Bayramı münasibətilə təbrik etdilər
Gürcüstan Parlamentinin sədri, Şalva Papuaşvili və deputatlar Gürcüstandakı Ukrayna vətəndaşlarını ziyarət edərək qarşıdan gələn Pasxa Bayramı münasibətilə təbrik etdilər.
“Parlament üzvləri ilə birlikdə Gürcüstanda olan Ukrayna vətəndaşlarına – uşaqlara və onların valideynlərinə baş çəkdik. Onları qarşıdan gələn Pasxa Bayramı münasibətilə təbrik etdik və bizi Ukrayna ilə birləşdirən duyğularımızla bölüşdük. Biz Rusiyanın Ukraynada davam edən təcavüzündən danışdıq, lakin söhbətin əsas mövzusu gələcəyə necə baxmaq idi. İndi Gürcüstanda olan uşaqlar üçün həm ölkə, həm də xalqın qayğısını hiss etmək, yeni dostlar qazanmaq, maraqlı xəbərlər öyrənmək və faciəli olsa da, eyni zamanda həyatının bir parçası olan bu dövrü tam şəkildə Gürcüstanda keçirmək vacibdir. Ukrayna vətəndaşları bizimlə Gürcüstanda hər gün hiss etdikləri hərarətdən danışdılar. Onlar gürcü xalqına xüsusilə minnətdardırlar”, – Papuşvili bəyan etdi.
Şalva Papuaşvili, Arçil Talakvadze, Levan İoseliani, Beka Odişariya və Eka Sepaşvili Ukraynadakı müharibə ilə əlaqədar Gürcüstanda qalmış vətəndaşların problemləri və ehtiyacları ilə tanış olublar. Parlamentin sədri və deputatlar, Ukraynalı ailələrə Pasxa bayramı hədiyyələrini verdilər və onlara dəstəklərini ifadə etdilər.