Şalva Papuaşvili - USAID izah etməlidir, necə olur ki, hər dəfə seçkilərə xələl gətirilməsinə rəhbərlik edən təşkilatlara on milyonlarla vəsait xərclənir
Şalva Papuaşvili - USAID izah etməlidir, necə olur ki, hər dəfə seçkilərə xələl gətirilməsinə rəhbərlik edən təşkilatlara on milyonlarla vəsait xərclənir

 
USAID izah etməlidir, necə olur ki, hər dəfə seçkilərə xələl gətirilməsinə rəhbərlik edən təşkilatlara on milyonlarla vəsait xərclənir – bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazır.

Papuaşvilinin yazdığı kimi, “Başqa ölkənin seçkilərinə 41,7 milyon ABŞ dolları xərcləmək və bu ölkənin əhalisi qarşısında heç bir məsuliyyət hiss etməmək imkansızdır”.

“USAID siyasi “QHT-lər” vasitəsilə Gürcüstanda seçkilərə 41,7 milyon ABŞ dolları xərcləyib. Əhali sayının nisbətini götürsək, bu məbləğ ABŞ seçkilərinə xaricdən 3,78 milyard ABŞ dolları qoyulmasına bərabərdir. Ölkələrin ÜDM-ni əsas götürsək, bu müqayisə daha da diqqətçəkən olacaq. Başqa ölkənin seçkilərinə 41,7 milyon ABŞ dolları xərcləmək və bu ölkənin əhalisi qarşısında heç bir məsuliyyət hiss etməmək imkansızdır. 2020-ci ildə paralel hesablamanın saxta nəticələrinin yayılmasının və seçkilərə xələl gətirilməsi cəhdinin iştirakçısı olan və 2024-cü ildə də eyni şeyi davam etdirən USAID izah etməlidir, necə olur ki, hər dəfə seçkilərə xələl gətirilməsinə rəhbərlik edən təşkilatlara on milyonlarla vəsait xərclənir” – Şalva Papuaşvili yazır.