Şalva Papuaşvili - Ümid edirik ki, Almaniya hökumətində düşünüblər və təhlil ediblər ki, fəaliyyətdə olan səfirin Gürcüstandakı fəaliyyəti ilə hakimiyyətlər arasında münasibətlərdə ancaq çətinliklər yaranırdı
Şalva Papuaşvili - Ümid edirik ki, Almaniya hökumətində düşünüblər və təhlil ediblər ki, fəaliyyətdə olan səfirin Gürcüstandakı fəaliyyəti ilə hakimiyyətlər arasında münasibətlərdə ancaq çətinliklər yaranırdı

 

Dünən bəyanatı gördük. Görünür, Almaniya hakimiyyətində heç olmasa bu haqda düşünüblər ki, Almaniyanın fəaliyyətdə olan səfiri hökumətlər arasında körpü rolunu oynamaq yerinə, o, ölkələrimiz və hökumətlərimiz arasında divar rolunu oynamağı seçib. Bu, təəssüf doğurur – bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili deyib.

Papuaşviliyə Almaniyanın Xarici İşlər Nazirliyinin səfir Peter Fişeri məsləhətləşmələr üçün çağırdığı barədə Almaniyanın Xarici İşlər Nazirliyinin bəyanatı ilə bağlı sual veriblər.

“Onun tərəfindən Gürcüstan hakimiyyətinə qarşı hücumları, radikal qruplara yönəlik dəstək görürdük, bu isə təəssüf doğururdu. Başqa vaxt da demişəm ki, 30 illik xüsusi tərəfdaşlıq Almaniyanın səfirinin əlində çox aşağı səviyyəyə endi. Bu səbəbdən, ümid edirik ki, bu, yenidən başlama üçün siqnaldır. Əlbətdə, biz Almaniya ilə münasibətlərin layiq olduğu səviyyəyə qayıtmasına hazırıq. Bizim üçün vacib olan faktın özüdür – Almaniyanın səfirinin çağırılmasıdır. Qalan məsələlərə dərindən toxunmayacağam.

Mövqelərimiz məlumdur, o cümlədən Almaniyanın səfirinin fəaliyyəti ilə bağlı. Bunu ictimai şəkildə də dəfələrlə demişik və eyni mövqelərdə qalırıq. Bu mövqelər üçün arqumentlərimiz var. Bütün bunları biz yox, bütün cəmiyyət görürdü. Bu səbəbdən, bu detallara və bəyanatlara çox da dərindən toxunmazdım, bizim üçün vacib olan və ümid edirik ki, bu, yenidən düşünmək üçün siqnaldır. Səfirin divar yox, körpü rolunu oynaması vacibdir. Ümumilikdə düşünürəm ki, bütün səfirlərin öz diplomatik missiyaları çərçivəsində qalmaları, təmsil etdikləri ölkə ilə Gürcüstan hakimiyyəti arasında divar yox, körpü olmalarına qayğı göstərmələri üçün yaxşı nümunə olmalıdır. Ümid edirik ki, Almaniya hökumətində düşünüblər və təhlil ediblər ki, fəaliyyətdə olan səfirin buradakı fəaliyyəti ilə hakimiyyətlər arasında münasibətlərdə ancaq çətinliklər yaranırdı” – Papuaşvili bildirib.