Şalva Papuaşvili - Ukraynanın sabiq xarici işlər naziri 18 yaşlı oğlunun Ukraynanı müdafiə etmək üçün niyə müharibəyə getməməsinə bəraəti Ukrayna qanunlarının maddələrində axtarmağa çalışır
Könüllülər göndərməsi üçün Gürcüstana təzyiq edilməsi Ukrayna tərəfindən beynəlxalq hüququn pozulması idi, lakin görünür, bəzi insanlar qanunları başqalarına deyil, yalnız öz övladlarına aid olduqda xatırlayır – bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazır.
Parlamentin sədrinin qeyd etdiyi kimi, 2022-ci ilin fevralında, müharibə başlayandan dərhal sonra xarici işlər naziri Kuleba Gürcüstan hakimiyyətindən gürcü könüllülərin Ukraynaya rəsmi şəkildə göndərilməsini tələb edirdi, bu da Gürcüstanın müharibəyə cəlb olunmasına bərabər idi.
“Mən oğlumu könüllü olaraq müharibəyə getmək fikrindən çətinliklə daşındıra bildim” – Ukraynanın sabiq xarici işlər naziri Dmitro Kuleba bildirib. 2022-ci ilin fevralında, müharibə başlayandan dərhal sonra nazir Kuleba Gürcüstan hakimiyyətindən gürcü könüllülərin Ukraynaya rəsmi şəkildə göndərilməsini tələb edirdi, bu da Gürcüstanın müharibəyə cəlb olunmasına bərabər idi. Xatırladaq ki, Gürcüstan Ukrayna hakimiyyətinin döyüşçülər göndərməsini tələb etdiyi yeganə ölkə olub. Bundan imtina edildikdə, Kuleba cavab olaraq Ukrayna səfirini geri çağırdı, yerli müxalifət və QHT-lər isə Rustavelidə etiraz aksiyaları başlatdılar, onların tələbi Rusiyaya sanksiya tətbiqi ilə yanaşı hakimiyyətin təşkilatçılığı ilə gürcülərin müharibəyə göndərilməsi idi. Həmin aksiyalar zamanı o vaxtkı ombudsman Nino Lomcarianın “Hökumətin imtinasının yaşatdığı utancdansa, bombaların səbəb olduğu yanığa üstünlük verirəm” ifadəsi isə tarixdə qaldı. İndi isə Ukraynanın sabiq xarici işlər naziri 18 yaşlı oğlunun Ukraynanı müdafiə etmək üçün niyə müharibəyə getməməsinə bəraəti Ukrayna qanunlarının maddələrində axtarmağa çalışır. Ukraynanın Təhlükəsizlik Şurasının katibi Danilov müharibə başladıqdan cəmi bir neçə gün sonra Gürcüstanda ikinci cəbhənin açılmasının faydalarından danışarkən bildirdi ki, əgər Gürcüstan itirilmiş ərazilərini qaytarmaqla məşğul olsa, bu, Ukraynaya böyük köməklik göstərərdi, çünki Rusiyanın “Ukraynanın şəhər və kəndlərini dağıtmaqdan və ukraynalı uşaq və qadınları öldürməkdən” başqa işi olardı. Könüllülər göndərməsi üçün Gürcüstana təzyiq edilməsi Ukrayna tərəfindən beynəlxalq hüququn pozulması idi, lakin görünür, bəzi insanlar qanunları başqalarına deyil, yalnız öz övladlarına aid olduqda xatırlayır” – Papuaşvili yazır.