Şalva Papuaşvili - Ukrayna müharibəsinin ilk günlərindən Gürcüstan Rusiya ilə münaqişəyə cəlb edilməmək üçün daxili və beynəlxalq təzyiqə dözmək məcburiyyətində qaldı
Şalva Papuaşvili - Ukrayna müharibəsinin ilk günlərindən Gürcüstan Rusiya ilə münaqişəyə cəlb edilməmək üçün daxili və beynəlxalq təzyiqə dözmək məcburiyyətində qaldı

 

Ukrayna müharibəsinin üçüncü ildönümündə Gürcüstan hakimiyyəti gürcü xalqının gözünə inamla baxa bilər, çünki biz öz dəyərlərimizə, prinsiplərimizə və inanclarımıza sadiq qalmışıq, buna görə də keçən ilin oktyabrında dördüncü dəfə hakimiyyətə seçildik – bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazır.

“Müstəqilliyin və suverenliyin qorunmasını, ölkənin birləşdirilməsini və xalqın rifahının yaxşılaşdırılmasını ehtiva edən milli maraqlar iqtidarımızın əsas prinsipidir. Belə ki, formalaşan milli maraqlar, eyni zamanda, xarici siyasətimizin təməl daşıdır. Ukraynada müharibə başlamazdan əvvəl və sonra qəbul etdiyimiz bütün qərarların əsasını məhz milli maraqların bu şəkildə dərk edilməsi təşkil edirdi.

Milli maraqlarımızın Gürcüstanın xarici siyasət kursunu necə formalaşdırdığını xatırlamaq üçün son illərin əsas tarixlərini izləyək.

Hələ Rusiya Ukraynaya daxil olmazdan əvvəl Gürcüstan Parlamenti Ukrayna ilə bağlı “müharibənin yolverilməzliyindən” bəhs edən və bütün hökumətləri vəziyyəti gərginləşdirməkdən çəkinməyə çağıran qətnamə qəbul etdi. Üç il əvvəl qəbul edilmiş bu qətnamə ABŞ-nin indiki administrasiyasının sülhün təməl daşı sayılan fikirləri ilə tam uyğundur” – Papuaşvili yazır.

O deyib ki, müharibə başlayandan sonra Gürcüstan hökuməti Ukrayna xalqı ilə tam həmrəy olduğunu bildirib.

Papuaşvilinin bəyanatına əsasən, Ukrayna müharibəsinin ilk günlərindən Gürcüstan Rusiya ilə münaqişəyə cəlb edilməmək üçün daxili və beynəlxalq təzyiqə dözmək məcburiyyətində qaldı.