Şalva Papuaşvili - Üç partiyanın qadağan edilməsi məsələsi ilə bağlı konstitusiya iddiasına dair qərar qanunvericiliyə əsasən doqquz aya qəbul edilməlidir
Şalva Papuaşvili - Üç partiyanın qadağan edilməsi məsələsi ilə bağlı konstitusiya iddiasına dair qərar qanunvericiliyə əsasən doqquz aya qəbul edilməlidir

 

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvilinin bəyanatına əsasən, hakim komandanın təqdim etdiyi konstitusiya iddiasına dair qərar qanuna əsasən doqquz aya qəbul edilməlidir.

O bildirib ki, hakim komanda Konstitusiya Məhkəməsinin nə zaman çağıracağını və proseslərin nə zaman olacağını gözləyəcək.

“Qanunvericiliklə müəyyən edilib ki, Konstitusiya Məhkəməsi bu məsələ ilə bağlı maksimum doqquz aya qərar qəbul etməlidir. Müvafiq olaraq, artıq iyulda qərar olmalıdır. Prosesin nə vaxt və necə olacağına gəlincə isə, Konstitusiya Məhkəməsi bunu özü müəyyən edəcək. Biz Konstitusiya Məhkəməsinin bizi çağırmasını gözləyəcəyik” – Papuaşvili bildirib.

“Gürcü Arzusu” fraksiyası, siyasi qruplar – “Xalqın Gücü” və “Avropalı Sosialistlər” birgə konstitusiya iddiası hazırlayıblar. Bu iddia ilə üç siyasi partiyanın fəaliyyətinin qeyri-konstitusion hesab edilməsi və onların qadağan edilməsi tələb olunur. Bu partiyalardır: vətəndaşların siyasi birliyi “Birlik – Milli Hərəkat”; vətəndaşların siyasi birliyi “Dəyişiklik Naminə Koalisiyası, Qvaramia, Melia, Qirçi, Droa; vətəndaşların siyasi birliyi “Güclü Gürcüstan – Lelo, Xalq Naminə, Azadlıq Naminə”.