Şalva Papuaşvili - Türkiyəyə səfər zamanı razılaşdıq ki, yaxın vaxtlarda üçtərəfli formatda Türkiyə, Gürcüstan və Azərbaycan parlamentlərinin sədrlərinin görüşü keçirilsin
Şalva Papuaşvili - Türkiyəyə səfər zamanı razılaşdıq ki, yaxın vaxtlarda üçtərəfli formatda Türkiyə, Gürcüstan və Azərbaycan parlamentlərinin sədrlərinin görüşü keçirilsin

 

Türkiyəyə səfər zamanı razılaşdıq ki, yaxın vaxtlarda üçtərəfli formatda Türkiyə, Gürcüstan və Azərbaycan parlamentlərinin sədrlərinin görüşü keçirilsin – bu barədə parlamentin sədri Şalva Papuaşvili deyib.

O bildirib ki, Orta Dəhlizin iştirakçısı olan ölkələr arasında qanunvericilik çərçivəsinin uyğunlaşdırılması və razılaşdırılması vacibdir.

“Parlament sədrinin dəvəti ilə Ankaraya ilk səfərimdir. Gürcüstan Parlamentinin sədrinin indiyə qədər səfəri sonuncu dəfə 2019-cu ildə olmuşdu, buna görə də bu baxımdan da 6 ildən sonra rəsmi səfərin həyata keçirilməsi vacibdir. Əsas müzakirə etdiyimiz mövzular parlamentlərarası ikitərəfli münasibətlər idi. 2023-cü ildə bizim parlamentlər arasında əməkdaşlıq haqqında memorandum imzaladıq. Həmçinin, parlamentin aparatları arasında əməkdaşlıq haqda razılaşma mövcuddur və komitələr arasında çox sıx əlaqələr var, o cümlədən dostluq qrupları səviyyəsində də ünsiyyət qurulub. Biz regionda mövcud olan ortaq çağırışlarla bağlı da danışdıq. Bu günlərdə Yaxın Şərqdə vəziyyətin necə gərginləşdiyini müşahidə edirik, buna görə də bu baxımdan, regionumuzda sabitliyin qorunması vacibdir. Bir ölkə olaraq, bu cür münaqişələrdə vasitəçi rolunu oynamağa çalışan Türkiyənin bu məsələdə öz xüsusi rolu var. Türkiyə hakimiyyəti tərəfindən bu cəhdlər, əlbətdə, təqdirəlayiqdir. Digər tərəfdən, məsələ ölkələrimizin iqtisadi inkişafına aiddir. Orta Dəhliz getdikcə daha çox iqtisadi və geosiyasi əhəmiyyət qazanır və Türkiyə-Gürcüstan bu baxımdan Orta Dəhlizin vacib hissəsidir. Orta Dəhlizin iştirakçısı olan ölkələr arasında qanunvericilik çərçivəsinin uyğunlaşdırılması və razılaşdırılması, eləcə də Orta Dəhlizin bütün potensialından istifadə edilməsi vacibdir. Həmçinin, regionda olan ölkələrin qanunvericilik çərçivəsi ilə bağlı parlamentlər səviyyəsində ünsiyyət qura bilməyimiz üçün regional əməkdaşlıq barədə danışdıq. Bu baxımdan razılaşdıq ki, yaxın vaxtlarda üçtərəfli formatda Türkiyə, Gürcüstan və Azərbaycan parlamentlərinin sədrləri səviyyəsində görüş baş tutsun. Həmkarlarımla birlikdə 2 il əvvəl ideya kimi formalaşdırdığımız bu formatı, Türkiyə və Azərbaycan parlamentlərinin sədrləri ilə birlikdə bu ideyanı həyata keçirək və ilk belə görüş artıq bu il baş tutsun” – Papuaşvili bildirib.