Şalva Papuaşvili Türkiyə Respublikasına səfərə yola düşüb

11:54, 15.04.2026

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Türkiyə Respublikasına, İstanbul şəhərinə səfərə yola düşüb.

Gürcüstan parlamentinin məlumatına görə, Şalva Papuaşvili Parlamentlərarası İttifaqın (IPU) 152-ci Assambleyasında iştirak edəcək, burada onun çıxışı da planlaşdırılır. Həmçinin, Şalva Papuaşvili İstanbulda yüksək səviyyəli görüşlər keçirəcək.

Parlamentin sədri Şalva Papuaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinə daxildirlər: Xarici əlaqələr komitəsinin sədri Nikolaz Samxaradze, Ətraf mühitin mühafizəsi və təbii resurslar komitəsinin sədri Maya Bitadze.

Oxşar